Vəzifəsindən azad olunan Hikmət Həsənovun yerinə yeni təyinat olub.
Manset.az-ın əldə etdiyi məlumata görə müvafiq əmrlə bu vəzfəyə polkovnik Qiyas Abbasov təyin edilib. O bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, polkovnik Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.