17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Makedon Mədəniyyət Nazirliyini sərt TƏNQİD ETDİ: "Mənə qiymət verilmədi"
Mədəniyyət 3.08.2021 343

"Məni niyə kino günündə təbrik edirsiniz? Mənim axı kinoya aidiyyatım yoxdur! Kinoya aidiyyatım olsaydı ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı, təbrik edərdi. İndiyə qədər heç kimdən bir diplom, diplom o yana qalsın, bir quru təbrik də görməmişəm!”

SHOWXEBER.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. O daha sonra əlavə edib.

"Heyf ki, bu illər ərzində mənə qiymət verilmədi. Siz jurnalistsiniz də, zəng edib Mədəniyyət Nazirliyinə deyin ki, niyə indiyə qədər bu insanı saymamısınız? Sayanı sayıram, saymayanın başının ağasıyam! Bütün kanallar, saytlar zəng edib məndən müsahibə istəyir, heç vaxt danışmıram. Mənə lazım deyil durub bambılılıq edib, televizora çıxım! Siz hər zaman mənim saqqızımı oğurlayırsınız! Bircə Roza Zərgərli hər dəfə məni verilişinə çağıranda gedirəm. Roza ilə canciyərəm! Heç vaxt da qapı döyməmişəm. Ona görə də heç kimlə nə əlaqə saxlayıram, nə də danışıram. Film həyatı ilə də qurtarmışam. Həsən Seyidbəyliyə böyük hörmətim olub. İki filmdə çəkilmişəm” - deyə o bildirib.
Aqil Ağacanov hazırkı fəaliyyətindən də danışıb.
“Pirşağı kəndində yaşayıram. Kənddə 6-cı dərəcəli şef aşpazam. Hamı tanıyır, hörmətlə yanaşır. Nəvələrimlə günümü keçirirəm, onlarla oynayıb-gəzirəm. Bəzi saytlarda yazırlar ki, guya Həsən Seyidbəyli mənə mərcdə uduzduğuna görə filmə çəkib. Amma bu belə olmayıb. Həsən Seyidbəyi əslən Maştağadandır, amma Pirşağıda da bağı var idi. O vaxt ssenari hazır idi, filmə aktyor seçirdilər. Biz də uşaqlarla bağların kənarında oturub meyxana deyirdik. Bir kişi gəlib mənə dedi ki, “Oğlum, mən kinoçəkənəm, səni çəksəm gələrsən?”. Etiraz edərək dedim ki, mənim kinoda nə işim var? Həsən müəllim təkid etdi ki, vallah gözəl film olacaq, sənə də yaxşı rol verəcəyəm. Sonra ona dedim ki, məhəllə uşaqlarımı da çəksəniz çəkilərəm. Filmdə bizimlə Ziya Seyidbəyli, Cahangir Zeynalov da çəkildi. Qalan uşaqlar isə mənə görə Pirşağı kəndinən gəlmişdilər. Çox maraqlı günlər idi. Həmin səhnədə uşaqların dediyi meyxananı Ağasəlim Çıldaq yazmışdı” - deyə o bildirib.






Starxeber Bizi instagramda izləyin