17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Tokio-2020: Sabah 4 idmançımız mübarizə aparacaq
İdman 2.08.2021 143

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 12-ci günündə - avqustun 3-də də Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

OPERATİV24.AZ xəbər verir ki, yarış günündə 3 güləşçimiz xalça üzərinə çıxacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar. R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.

Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) isə Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq. Azərbaycanın Olimpiya komandası "Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan milli komandası "Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu "Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.






Starxeber Bizi instagramda izləyin