22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Toy aparmaq qadın sənəti deyil, kişi işidir" - Mətanət İsgəndərli
Maqazin 1.08.2021 323

"Evdə oturub qeybət edəndə anam əsəbiləşir ki, öz sözünüzü danışın. Bu yaşıma qədər anamın qeybət etdiyini görməmişəm".

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" proqramında deyib. Müğənni toylardan danışıb. O bildirib ki, toy aparmaq qadın yox, kişi müğənninin işidir. 

 M.İsgəndərli "Sizin sevginizi qazanmaq üçün nə etmək lazımdır" sualına belə cavab verib:

"Heç nə istəmirəm, mənə vəfalı olsun. Deyirsiz kübar xanım, deyirəm, kaş həyatım da belə kübar keçərdi. Kişi kimi işləyirəm. Gecə-gündüz çalışıram. Gecəmiz, gündüzümüz yoxdur...

Evin yükü üstümdədir. Oğlum sağ olsun, ana-bala baş-başa verib işləyirik. Oğlum mənə çox dayaqdır. O, yanımda olmayanda əl-ayağım dolaşır. Uşaqlıqdan yanımdadır, indiyənə qədər. 

Bu sənət o qədər çətindir ki... Toyda oxumaq qadın sənəti deyil. Əvvəl ancaq kişilər aparardı, bir toya xanım çağırılanda, təəccüblə deyirdilər filan toya qız gəlib. Qəribə gələrdi ki, toya qadın müğənni gətirilib. Bu sənət kişi sənətidir, qadın üçün ağırdır. Yollarda qalırsan, toyun stressi, cürbəcür insanlar var, həyəcandır... Oxumaq hünər istəyir. Səsində bir qüsur oldu, hamı gülür"./shownews.az






Starxeber Bizi instagramda izləyin