“Kənardan da, güzgüdən də özümə baxanda zövq alıram.”.

Bu sözləri “Show news” verilişinə açıqlamasında müğənni Lətifə Soyuöz deyib.O, geyiminə irad tutanlara cavab verib:

“Bu gün “İnstagram”a baxıram ki, hamı dekoltedə, qısa paltardadır. Sadəcə mən daha çox gözə çarpıram. Qısa geyimdən və dekolteli libasdan az istifadə edirəm. Yay ayındayıq. Mən adi, sadə qara mayka geyinirəm.


 Nələr danışırlar... Nə edim, istidə sviterdə gəzim? Siz bayırda paltoda, qapalı gəzirsiniz? Ötən gün şəhərə çıxmışam, görürəm ki, hamı dekoltedədir, açıq geyinib, libasları yarıqlıdır. Sanki bu dəqiqə səhnəyə çıxacaqlar.
Müğənnilər hansısa yaxşı işlərdə, yardımda nümunə ola bilərlər, amma səhnədə performans göstərirsə, onların nümunə işini yaddan çıxarın.


Biz dərsdə deyilik, insanlara xoş aura yaşatmağa, gözlərini rəngləndirməyə çalışırıq. Bizim üçün səhnə kostyumları tikilir, o geyimlə bayıra çıxmaq olmaz. Bunlar fərqli görünmək, şou göstərmək üçündür. Filipp Kirkorov başına 7 metrlik tac taxırsa, uzun xalatda səhnəyə çıxırsa, bu, o demək deyil ki, bütün Rusiya eyni geyimdə çıxmalıdır.
Son zamanlar hamıda problem axtarırıq. Hər kəsi tənqid etmək istəyirik. Etdiklərimiz örnək deyil. Efirdən baxıb, “Nə gündəsən” deyirlər. Özlərinə necə xoşdu elə görünsünlər, amma mənə belə xoşdu”.


Showxeber Bizi instagramda izləyin



Maqazin 27.06.2019 90
Bütün Xəbərlər