Peloponnes yarımadasının Ziria bölgəsində güclü meşə yanğınları səbəbindən dörd yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin sakinləri təxliyə edilib.
OPERATİV24.AZ-ın məlumatına görə, bu barədə yerli ERT1 telekanalı xəbər yayıb.
Məlumata əsasən, təxliyyə edilən Ziria, Kamares, Lampiri və Lonqos yaşayış məntəqələrinin sakinləridir.
Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 yanğşnsöndürən piyada qrupu, 4 təyyarə və vertolyotlar cəlb edilib./modern.az