22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Səməd Səmədov sağlamlığına biganə yanaşırdı" - DİN rəsmisi
Maqazin 27.07.2021 222

"İyulun 1-də paytaxt restoranlarının birində canlı yayım etdik. Dünyasını dəyişən Xalq artisti Səməd Səmədov həmin tədbirdə idi. Və hamıya gözaydınlığı verirdi".

SHOWXEBER.AZ xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. ARB24-də "İşgüzar səhər" verilişində qonaq olan E.Hacıyev Xalq artisti Səməd Səmədovun koronovirusdan vəfat etməsindən danışıb:

"COVID-lə bağlı orada bizə dəstək oldu, ictimaiyyətə elan etdi. Ancaq onun bu gün bizim aramızda olmaması, həyatını itirməsi COVID-lə bağlı məsələdir. O, sağlamlığına biganə yanaşırdı.

 Nəticədə hansı ki, özündən başqa qohumları da koronavirusdan həyatını dəyişmişdi. Bu artıq cəmiyyətə bir çağırış olmalıdır. Nəyə qurban gedirdi, necə oldu.

Ötən ilin statistikası və bugünkü günlə müqayisəli təhlillər aparılır. Bu təhlillərin içində azalmaya doğru dövlətin gördüyü tədbirlər var. İddia edirlər ki, çarpayı ehtiyatı, müvafiq xəstəxanalar kifayət qədər var. Ancaq niyə dövləti, səhiyyə qurumlarını, dövlət təşkilatlarını bu qədər yükləyək? Əgər bu həll olunandırsa və mümkündürsə, insanın şəxsi məsuliyyətindən irəli gələn haldırsa, niyə bu qaydalara etinasız yanaşırıq? Dəqiq mövqeyimiz ondan ibarətdir ki, qaydalara ciddi əməl edilməlidir. Toy, nişan, ad günü mərasimlərinin keçirilməsi ilə bağlı normalar gözlənilməlidir".

Qeyd edək ki, Səməd Səmədovun bacısı və baldızı da koronovirusdan dünyasını dəyişib./axsam.az






Starxeber Bizi instagramda izləyin