Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 63 nəfər ölüb.
OPERATİV24.AZ xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 16 809 nəfər COVID-19 infeksiyasına yoluxub, 5 585 nəfər isə sağalıb.