Sumqayıtda 38 yaşlı kişi intihar edib.
OPERATİV24.AZ verir ki, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Orucov Teymur Bəhmən oğlu yaşadığı evin həyətində özünü ağacdan asıb.
İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.