10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Övladlarıma deyirəm ki, əzab çəkirsiniz, məndən imtina edin" - Elza Seyidcahan
Maqazin 26.07.2021 219

"Allah məni o gündən saxlasın ki, birmənalı qarşılanım. Əgər səni belə qarşılayırlarsa, demək tükənmisən. Bu gün müzakirə edilmirəmsə, sabah yaradıcılığım müzakirə edilməyəcəksə, onda niyə yazım? Hərdən deyirlər, niyə yeni mahnı yazmırsınız? Öz yaradıcılığım özümə rəqibdir. Həm şairlik edirəm, həm musiqilərim, geyim tərzim... Bu gün bir mahnım çıxırsa, sabah digər hərəkətim onu üstələyir".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Söhbət musiqidən gedir" proqramında deyib. Aparıcı Leyla Quliyevanın suallarını cavablandıran müğənni tənqidlərə cavab verib. 

 "Şükürlər olsun ki, yazdığımı, oxuduğumu, geyindiyimi gözəl bilirəm. Şeirimdə deyirəm, altına girdiyim mənim ədəbimdir. Siz öz ədəbinizi də mənə göstərirsiz. Yaradıcılığımla bəzilərinin ədəbini açıram" deyə, sənətçi bildirib.

Seyidcahan yaşadığı sıxıntıları etiraf edib:
"Allahdan nə istəmişəmsə, hamısını mənə verib. Bəlkə, bunlara layiq deyiləm, amma sahib olmuşam. Həyatda çox çətinliklərim olub. Bu gün əvvəlkindən də çox çətinliyim var. Çünki tələbatlarım böyükdür. Elə vaxt var idi, evim, maşınım, avtobusa minməyə pulum yox idi. İki uşaqla qalırdım, universitetə piyada gedirdim. Camaat baxırdı ki, televizorda gördüyümüz qız. Deyirdim, eybi yox, qoy, düşünsünlər ki, mənim ürəyim piyada gəzmək istəyir".

Sənətçi oğlu Ələkbərin ona qoyduğu qadağalardan danışıb:

"Deyir, şeir yaz, amma çıxarıb oxuma. Niyə oxumayım? Yaradıcılığım Ələkbər dünyaya gəlməzdən əvvəl var idi. Yaradıcılığım balalarımdan əzizdir. Balalarıma deyirəm ki, əgər mənə görə əzab çəkirsinizsə, oturanda yanınızdakılar deyirsə, Elzanın yaradıcılığında, başında bu var, çətinlik çəkirsiz. Çətinlik çəkirsinizsə, məndən imtina edin. Deyin, Elzanı tanımırıq".






Starxeber Bizi instagramda izləyin