11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
DİN-dən ƏMƏLİYYAT: Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanıldı (VİDEO)
Kriminal 26.07.2021 1 045

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən OPERATİV24.AZ-a verilən məlumata görə, əməliyyat zamanı Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayonunda yaşayan Ellər Tağıyev Baş İdarənin əməkdaşları tərəfindən tutulub.

Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin,psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Ellər Tağıyev tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər.

Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər.

Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər. Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.








Starxeber Bizi instagramda izləyin