22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Yaponiyalı bacı-qardaş eyni gündə olimpiya çempionu OLDU
İdman 25.07.2021 1 214

Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.

OPERATİV24.AZ xəbər verir ki, H.Abe 66 kq, U.Abe isə 52 kq çəkidə olimpiya çempionu olub. Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini yenib.

Bu çəkidə Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.

Qeyd edək ki, Hifumi Abenin 24, Uta Abenin 21 yaşı var. Yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da eyni çəkidə qızıl medal qazanıb. Eyni zamanda, H.Abe 2017-ci, U.Abe isə 2019-cu il dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndi onlar karyeralarında ilk dəfə olimpiya çempionluğu əldə ediblər./unikal.org






Starxeber Bizi instagramda izləyin