Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən OPERATİV24.AZ-a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
00:24 ***
Bakının Səbail rayonu, "20-ci sahə" adlanan ərazisində güclü yanğın başlayıb.
OPERATİV24.AZ xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğınla bağlı hələlik rəsmi açıqlama yoxdur.