14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |     23:05 Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu  |    
Sevgilisi tərəfindən bıçaqlanan qadın: “Hər şey aşıq Namiqin mesajlarından sonra başladı”
Hadisə 23.07.2021 2 053

Bakıda sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Türkiyə vətəndaşı Ucrak Abdulhalimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaqla müəyyən edilib ki, U. Abdulhalim 3 il qeyri-rəsmi münasibətdə yaşadığı Fidan Süleymanovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürməyə cəhd edib.

Lent.az məlum cinayət işinin materiallarını tədqim edir:

Belə ki, məhkəmədə dindirilən Türkiyə vətəndaşı deyib ki, 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayıb və burada işləyib:

“Fidan ilə təxminən 3 il bundan əvvəl ortaq dostlarımız vasitəsi ilə tanış olmuşam. Daha sonra aramızda sevgi münasibətləri yaranıb. Fidanın kirayədə qaldığı evdə birgə yaşamışıq. Onunla münasibətlərimiz çox yaxşı olub. Onun qızları Fatimə və Xuramana da öz qızlarım kimi baxmışam. Lakin son aylarda Fidanla aramızda problemlər yarandı. Fidan bəzən evə çox gec gəlirdi, bəzən isə rəfiqəsinin evində qalacağını bəhanə edərək ümumiyyətlə gəlmirdi. Hətta bir neçə dəfə onun mobil telefonla gizlin danışmalarının şahidi olmuşam. Ondan şübhələnməyə başladım. Daha sonra Fidanının “whatsapp”la başqa kişi ilə yazışmalarını tutdum”.

Yeni il gecəsi qətl…

U. Abdulhalim qeyd edib ki, yeni il gecəsi Fidanı öldürmək qərarına gəlib: “Yataq otağına girdik, Fidan yorğun olduğunu deyərək yatdı. Bu zaman Fidanın telefonunda film izlədim. Fatimə və Xuraman da qonaq otağında yerdə yatmışdılar. Bir müddətdən sonra Fidanın artıq yuxuya getdiyini gördüm, telefonundakı “whatsapp” proqramını açdım və nömrələr siyahısındakı şəxsləri yoxladım. Bu zaman “Sevil” adına rast gəldim. Həmin nömrəni bir dəfə də Fidanın telefonunda görmüşdüm və bu nömrə hansısa oğlana məxsus idi. Düzdür, “Sevil” adı altında qeydiyyatda olan nömrə ilə Fidan arasında hər hansı bir yazışma yox idi. Lakin yenə də Fidanı oyadaraq həmin nömrənin niyə hələ də yaddaşda saxlamasının səbəbini soruşdum. Fidan isə mənə səhvən həmin nömrənin qeydiyyatda qaldığını dedi. Onun bu sözlərinə inanmayaraq yalan danışdığını bildirdim. Bu vaxt Fidan özündən çıxaraq ümumiyyətlə, məni görmək istəmədiyini, bu səbəbdən də evi tərk etməyimi əmr etdi. Məni itələyərək yataq otağından çıxardı və ağır söyüşlərlə təhqir etdi. Fidanın xəyanət etmək ehtimalını düşünərək çox qəzəbləndim. Bu zaman Fidanı cəzalandırmaq üçün mətbəxdən bıçağı götürək onun üstünə getdim. Otağa daxil olan kimi Fidanın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirdim. Birdən kiminsə başımı arxadan tutduğunu hiss elədim. Arxaya çevriləndə Fidanın böyük qızı Fatimənin olduğunu gördüm. Bu zaman əlim boşaldı və daha Fidanı vura bilməyib bıçağı yerə atdım. Baş verənlərdən sonra həyata nifrət etdim. Əlimdəki bıçaqla özümə xəsarətlər yetirdim. Evdə yaranmış səs-küyə Fidanın qonşu mənzildə yaşayan qohumları gəldi və mən mənzildən çıxaraq pilləkənlərlə aşağı düşdüm. Könüllü şəkildə polis şöbəsinə getdim və törətdiyim hadisəni etiraf elədim. Yaralı olduğum üçün məni Respublika Klinik Xəstəxanasına apardılar”.

Ucrak Abdulhalim ifadəsinin sonunda Fidandan üzr istəyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Fidan Süleymanova bildirib ki, azyaşlı qızları 2007-ci il təvəllüdlü Fatimə və 2014-cü il təvəllüdlü Xuraman ilə birlikdə yaşayır. O qeyd edib ki, iki qızı var və onların ataları ayrıdır: “Tibb texnikumunu bitirəndən sonra tibb bacısı kimi fəaliyyətə başladım. Xəstələrin evlərinə gedərək onlara sistem qoyurdum. Bu yolla özümü və qızlarımı dolandırırdım. Ucrak Abdulhalimi 3 ilə yaxındır tanıyıram. Onunla 6-7 ay dost olduqdan sonra aramızda yaxın münasibətlər yarandı və bir yerdə yaşamağa başladıq. Abdulhalim vaxtaşırı Qazaxıstana işləməyə gedirdi, lakin 2019-cu ilin sonlarından etibarən daima Bakıda qaldı və biz birlikdə yaşadıq. Abdulhalim mənə və övladlarıma qarşı hər zaman mehriban olub və yaxşı rəftar edib. Qızlarım Fatimə və Xuramana ata qayğısı göstərib. O, ümumiyyətlə sakit təbiətli insan olub”.

Qadın qeyd edib ki, məlum hadisə baş verməmişdən qabaq son 3 ay müddətdə aralarında soyuqluq yaranıb: “Belə ki, həmin dövrdə “Dostluq” kinoteatrının yaxınlığında bir evdə xəstəyə sistem qoşub oradan çıxan zaman məhəllədə adını sonradan Namiq olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. O mənə özü üçün sistem vurulmalı olduğunu dedi və bu səbəbdən də nömrəmi istədi. Həmin şəxs özünü məşhur aşıq kimi təqdim etdiyi üçün ona inandım və nömrəmi verdim. Adını da telefonumda “saz çalan” kimi qeyd etdim. Bundan sonra həmin şəxs mənə “whatsapp” vasitəsilə mesaj yazaraq yaxınlıq etmək istədiyini bildirdi. Mən onun təklifinə rədd cavabı verdim. Bundan sonra o mənə nalayiq mesajlar yazmağa başladı. Hər şey bundan sonra başladı… Bir gün xəstələrimdən birinin evinə sistem qoymaq üçün gedərkən telefonum evdə qaldı. Namiqin mənə yazdığı mesajları Abdulhalim gördü. Evə qayıtdıqdan sonra Abdulhalim məni mesajlarla bağlı sorğu-suala tutdu. Vəziyyəti izah etdikdən sonra Abdulhalim məndən telefon nömrəmi dəyişməyimi istədi. Mən də nömrəmi dəyişdim. Bu hadisədən sonra Abdulhalimin qısqanclığı artdı. Tez-tez zəng vurub harada olmağım ilə maraqlanırdı. İynə vurmaq üçün getdiyim evlərdən şəkil çəkib atmağımı istəyirdi. Yeni il bayramını Abdulhalim ilə bir yerdə kirayə yaşadığım mənzildə qeyd etdim və hər şey öz qaydasında idi. Həmin gün bir neçə nəfərə iynə vurmağa getmişdim. Sonuncu iynəmi vurandan sonra tanışlarım Leyla və Nərminlə görüşmək üçün onların evinə getdim. Bir stəkan çay içəndən sonra evə qayıtdım. Yorğun olduğumdan yatmaq üçün yataq otağına getdim. Telefonum isə uşaqlarda idi. Qısa müddətdən sonra Abdulhalim gəlib məni oyadaraq telefonumun kodunu açmağımı tələb etdi. Yuxudan oyanaraq gecə vaxtı qısqanclıq etməyinin səbəbini soruşdum. Abdulhalim isə guya mənim xəyanət etdiyim üçün telefonu açmaqdan yayındığımı bildirdi. Onun mənasız qısqanclıqlarından bezdiyimi bildirdim və evdən getməsini tələb etdim. Abdulhalim mətbəx bıçağını götürüb üzərimə gəldi. Mən də yataq otağına qaçdım. Lakin qapını bağlaya bilmədim. O, bıçaqla mənə zərbələr vurmağa başladı. Yerə yıxıldım. Müqavimət göstərməyə çalışsam da gücüm çatmadı. Qızım Fatiməni səslədim ki, qonşulara xəbər versin. Bundan sonra Abdulhalim əlindəki bıçağı yerə atdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ucrak Abdulhalim 11 il 3 ay azadlıqdan məhrum edilib.






Starxeber Bizi instagramda izləyin