"Qazilər arasında intihar halları artıb" - TƏBİB

"Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb".

OPERATİV24.AZ-ın məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.

O bildirib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib: "Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub.

Təəssüf ki, qazilərimiz arasında intihar halı artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər".


Showxeber Bizi instagramda izləyin



Sosial 23.07.2021 1 310
Bütün Xəbərlər