14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |     23:05 Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu  |    
Lənkəranda “patı” satan 16 nəfər saxlanılıb
Kriminal 23.07.2021 245

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan OPERATİV24.AZ-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Bayramlı saxlanılıb. Onun üzərindən 147 qram psixotrop maddə metamfetamin və 105 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Şöbə əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər tədbirlərlə Lənkəran rayon sakinləri Rahid Rəhimov, Əfqan Muradov, İman Bağırov, Elşən Yaqubov, Natiq Bağırov, Cavid Məmmədov, Rahid Əliyev, Elada Qasımova və evində tiryəkxana təşkil edən Oqtay Hüseynov saxlanılıb. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayonun Göyşaban kənd sakinləri Anar Xəlilov, Həsən Qurbanov, Rasim Cavadov, Cəfər Mustafayev, Qiyamət Abızadə və Valeh Nəcəfov saxlanılıblar.Onlardan ümumilikdə 54 ədəd bükümdə heroin və metamfetamin, 6 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır






Starxeber Bizi instagramda izləyin