Bu gün Tokio olimpiadasının açılışı olacaq

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

OPERATİV24.AZ-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Olimpiadanın açılışı Yaponiya Milli Stadionunda baş tutacaq. Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı qüvvəsini sınayacaq. 

Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 qızıl medal sahibini tapacaq. 

Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək. Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək.


Showxeber Bizi instagramda izləyin



Dünya 23.07.2021 137
Bütün Xəbərlər