Daha 251 nəfər koronavirusa yoluxdu - 79 nəfər sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan OPERATİV24.AZ-a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib..

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.


Showxeber Bizi instagramda izləyin



Sosial 20.07.2021 1 586
Bütün Xəbərlər