Sumqayıtda toy korteji qəzaya düşdü

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.
***
Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək, əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpıb.

Sonra isə BMW-nin sürücü yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

 


Showxeber Bizi instagramda izləyin



Sosial 20.07.2021 192
Bütün Xəbərlər