17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İsmayıllıda toyda FACİƏ: bəy və qardaşı bıçaqlanıb, atası ölüb
Hadisə 19.07.2021 290

İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bıçaqlanma hadisəsi baş verib.

OPERATİV24.AZ xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb.

Toydan sonra onların davası mərasim sahibinin evində davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-ci il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
Qeyd edək ki, hadisəni törədən Hafiz Ağayev toya dəvət edilməyən başqa dostları, İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Cavid Əhmədov və bərbər işləyən İlkinurla birgə toy mərasiminə gələrək dava salıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






Starxeber Bizi instagramda izləyin