22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ət yediyinə görə ayağı kəsildiyi deyilən pişiklə bağlı - Polisdən açıqlama
Sosial 18.07.2021 449

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində pişiyin bir ayağının kəsilməsini əks etdirən video tirajlanmaqdadır. Heyvanın ət yediyinə görə kababçı tərəfindən balta ilə ayağının kəsildiyi iddia olunur.

OPERATİV24.AZ sözügedən məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil:

“Araşdırmalarla bu təsdiqini tapmayıb. Həmin pişik bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirilib və o gündən həmin pişiyə orada xüsusi qulluq olunub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”

Hacıyevin sözlərinə görə, iş üzrə inzibati qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin olunacaq: “Qərarının nəticəsindən asılı olaraq, iş üzrə inzibati qanunvericilyə uyğun şəkildə tədbir görüləcək.”

Polis mayoru onu da əlavə edib ki, kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb. 






Starxeber Bizi instagramda izləyin