22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Londonun ən bahalı məhkəməsi bitdi - Əhmədov 186 milyon ödəyəcək
Maraqlı 16.07.2021 218

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsinə son qoyulub.

Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar təzminat ödəməyə razı olub.

“Qafqazinfo”nun “Bloomberg”ə istinadən məlumatına görə, Tatyana Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Təzminat 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədərdir. Yeni qərarla Fərhad Əhmədovun 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası “Luna” özündə qalacaq.


 Tatyana Əhmədovanın nümayəndəsi zənglərə cavab verməyib və qərarı şərh etməyib.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.



Fərhad Əhmədovla Tatyana Əhmədova 1993-cü ildə ailə qurub 2014-cü ildə boşanıblar.






Starxeber Bizi instagramda izləyin