17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfə verir
Siyasət 15.07.2021 195

Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfə verir



İlham Əliyev: "Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır"

Bugünkü dünyada millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlər var. Bunlar dini bayramlarımızdan biri də Qurban bayramıdır. Qurban bayram sərhədləri, etnik sevincləri aşaraq dünya müsəlmanlarının ortaq sevinc günlərinə çevrilib. Hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar bizim ortaq dəyərlərimizdir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. Prezident cənab İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı. 2005-ci il oktyabrın 31-də Ramazan bayramı günündə Bibiheybət pirini ziyarət edən dövlət başçısı bu müqəddəs ocağın tikintisinin 2-ci mərhələsinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Müqəddəs qəbirlərin sayına görə islam dünyasında 3-cü ziyarətgah olan Bibiheybətdə eyni vaxtda yüzlərlə insanın ibadət etməsi üçün bütün infrastruktur ən müasir üslubda quruldu. Müsəlman ələminin digər möhtəşəm ziyarətgahları kimi bu məscid-kompleksdə də muzey və kitabxana zəvvarların ixtiyarına verildi. Məscidin ətrafından keçən yol genişləndirildi. Təzəpir məscidi də Prezident cənab İlham Əliyevin göstərişi ilə bərpa olundu. Burada aparılan təmir-tikinti işləri ilə şəxsən tanış olan dövlət başçısı bir əsrdən çox yaşı olan məscidin fasad və minarələrinin klassik görkəmini saxlamaqla bərpa olunması tapşırığını verdi. Ziyarətgahın ətrafında Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, qonaq evi, habelə İlahiyyat Universitetindən ibarət bir neçə korpus inşa edildi.

Prezident İlham Əliyev regionlara, həmçinin Bakıətrafı kənd və qəsəbələrə səfərləri zamanı da qədim tarixi abidə və ziyarətgahlarla yaxından maraqlanır, onların bərpası və yenidən qurulması ilə bağlı müvafiq tapşırıqlar verir. Dövlət başçısının göstərişilə məscid və ibadətgahlara, pirlərə, tarixi dini abidələrimizə ikinci həyat bəxş olunur. Prezidentin həyata keçirdiyi bu tədbirlərə qoşulan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncədə 7-8-ci əsrlərdə yaşamış böyük islam alimi Comərdi Qəssabın məzarı tapılaraq üzərindəki türbə və 19-cu əsrdə mübarizə tariximizin qəhrəmanlıq rəmzinə çevrilən Cavadxan məqbərəsi yenidən quruldu. Xalqımızın mənəvi dünyasının ucalığından xəbər verən daha bir mühüm hadisə Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidinin yenidən qurulması oldu. Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində aparılan bərpa işlərini dövlətimizin başçısı daim diqqətdə saxladı, dini- memarlıq abidələrinin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək oldu. "Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqları ilə Azərbaycanda olan bütün dini abidələr bərpa və təmir olunur.

Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Cəmiyyətimizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Dövlətin gücünü əhalisinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir və sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır və bu baxımdan Azərbaycan bir ölkə kimi dünyanın digər dövlətlərinə nümunə ola bilər.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din və məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi Qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Bu deyilənlərdən bir daha aydın oldu ki, Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək insanları hallalığa, paklığa, birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.

 

 

Rəfail Abbasov,

Binəqədi Came məscidi dini icmasının sədri






Starxeber Bizi instagramda izləyin