10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar təqdim olundu
Mədəniyyət 14.07.2021 124

“Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar təqdim olundu




Bu gün “İrs” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirilib.
OPERATİV24.AZ xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Anar Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib.
Nazir qeyd edib ki, “Salam, Azərbaycan!” kitabı ölkəmizin, onun tarixini, mədəniyyətini, təbiətini, mətbəxi və dinamik inkişafını özündə geniş əks etdirir.
“Şəki-gözəlliyin sehri” kitabında da artıq iki ildir UNESCO-nun Ümümdünya irs siyahısına daxil edilməklə bütün bəşəriyyətin mədəni sərvətləri sırasında öz layiqli yerini almış Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verilir. 
Anar Kərimov bildirib ki, Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsirlik mədəniyyətini, adət və ənənələrini əks etdirən bu çap məhsulları ölkəmizin tanıdılması və təbliğatı üçün çox önəmlidir: “Bu layihə Azərbaycan mədəniyyətini nəinki ölkədə, eləcə də bütün dünyada tanıdılmasına xidmət edir. Bu kitabda Azərbaycanın təbiəti, mədəniyyəti, gözəlliyi əks olunub. Bu kitabın beynəlxalq səviyyədə tanıdılması istiqamətində uğurlu layihədir. Ümid edirik ki, xaricdəki insanlar bu kitablardan ilhamlanaraq ölkəmiz haqqında daha dolğun məlumat alacaq və yaxından tanış olmaq istəyəcəklər. Kitabların hazırlanması, məlumatların yoxlanılması böyük əziyyətdir, ona görə nəşrlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram".






Starxeber Bizi instagramda izləyin