22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
ÜST nümayəndəsi AVRO-2020-nin finalını sərt tənqid etdi
Dünya 13.07.2021 1 106

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "COVID-19" pandemiyası üzrə texniki lideri, epidemioloq Maria Van Kerxove "AVRO-2020"nin finalını və ondan sonrakı izdihamı sərt tənqid edib. 

OPERATİV24.AZ xəbər verir ki, ÜST nümayəndəsi "Twitter" hesabında etdiyi paylaşımda, İngiltərənin paytaxtı Londonda keçirilən oyunun koronavirusla bağlı məlum qaydalara uyğun keçməməsindən şikayətlənib.

"Vembley" stadionunda baş tutan oyunla bağlı açıqlama verən epidemioloq, İngiltərə ilə İtaliya oyununda stadiondakı təxminən 60 min azarkeşin göz görə-görə bir-birlərini virusa yoluxdurduğunu bildirib:

"Koronavirusun gözlərimin önündə yayılmasını izləməkdən necə zövq alım?"

Qeyd edək ki, İtaliyanın final oyununda qalib olmasından sonra, xalq qələbəni təntənə ilə qeyd edir.

Ağarza Elçinoğlu


/unikal.org






Starxeber Bizi instagramda izləyin