Xalq artisti Emin Ağalarov ötən gün baş tutan “Jara-2019” musiqi festivalının “Pre-Party”sində media nümayəndələrinin suallarını cavablandırıb.

operativ24.az xəbər verir ki, sənətçi gələcəkdə Azərbaycanda “Jara” radiosu, həmçinin, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib.

Ağalarov bildirib ki, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz, yerli ulduzlara veriləcək.


Qeyd edək ki, “Jara” musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.


Showxeber Bizi instagramda izləyin



Maqazin 23.06.2019 98
Bütün Xəbərlər