10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
İyul döyüşlərı tarixi Zəfərimizə yol açdı
Siyasət 12.07.2021 825

İyul döyüşlərı  tarixi Zəfərimizə yol açdı


       12 iyul 2020-ci il tarixində Tovuz rayonunda baş vermiş məlum erməni təxribatının və təcavüzünün qarşısının alınması, düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gücünün əyani nümayişi oldu. Həmin gün Ermənistan ordusu Tovuz istiqamətində Azərbaycanın dövlət sərhədlərini, hərbçilərimizin mövqelərini, yaşayış məntəqələrini iriçaplı və uzaqmənzilli toplardan atəşə tutdu. Törədilən qanlı təxribatların qarşısı Ali Baş Komandanın müdrik rəhbərliyi və göstərişi ilə Ordumuzun qəhrəman əsgər və zabitlərinin yüksək sayıqlığı, şücaəti nəticəsində layiqincə alındı.

Döyüş meydanında mənfur düşmən Azərbaycan Ordusunun güclü müqaviməti və əks-həmləsi ilə üzləşdi. Dəqiq, sarsıdıcı zərbələr nəticəsində düşmən başından zərbə aldı.

      Müharibədə istər canlı insan, istərsə də texnika itkisi vermədən ötüşmək qeyri-mümkündür. Başda qəhrəman generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev olmaqla bir neçə zabit, gizir və əsgərimizin həlak olması çox kədərləndirici olsa da, onların igidliyi və vətənsevərliyi bütün cəmiyyətimiz üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu hadisə bir daha göstərdi ki, istər Azərbaycan əsgəri, istərsə də onun yüksəkrütbəli zabitləri məqamı gələndə Vətən uğrunda canını fəda etməyə hazırdır və torpaq uğrunda gözlərini qırpmadan belə şəhidlik zirvəsinə ucalmağı özlərinin müqəddəs borcu bilirlər.

    Tovuz döyüşləri Aprel savaşı kimi Ali Baş Komandana ümumxalq məhəbbətinin növbəti təsdiqinə çevrildi və tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin nümunəsi kimi düşdü. Bütün bunların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli  ordusunun misilsiz qəhrəmanlığı sayəsində  44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz  ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı.

   İyul döyüşlərində qəhrəmancasına həlak olan bütün hərbi qulluqçularımıza Ulu Tanrıdan rəhmət diləyirəm.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin