17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“ATƏT-in Minsk Qrupu hələ də həzm edə bilmir ki...” – Üç ölkə səfiri Şuşaya niyə getmədi?
Siyasət 12.07.2021 252

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Şuşaya getməkdən imtinası təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə və eləcə də işğaldan azad olunmuş torpaqlarımızın bərpa - quruculuq işlərinə hansısa təsirləri olmayacaq”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqeyə rəğmən, həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır:

"2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi  4 milyard 601 milyon dollar olub. Uyğun olaraq, Rusiya ilə  3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb.  WITS-in məlumatına görə, həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi  2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.

Deputat qeyd edib ki, Cənubi Qafqaz ölkələri olan ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir:

"Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqedə olmasından asılı olmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək.  Bu yeni reallığın formalaşdırdığı həqiqətdir”.

Politoloq Samir Hümbətov isə məsələ ilə əlaqəli deyib ki, həmsədr ölkələrin səfirlərinin Şuşaya səfərdən imtina etməsinin arxasında bir neçə nüans var:

 
"Birincisi, hələ də ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini həzm edə bilmir. Həmçinin bu ölkələrin hələ də münaqişəni böyütmək və münaqişədə özlərinin iştirakını təmin etmək, öz ölkələrində erməni lobbisini özlərindən küsdürməmək siyasətini tutması və dünyaya özlərini guya "bitərəf" dövlətlər kimi göstərmək cəhdləri və s. ilə əlaqələndirmək olar.

Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin niyə 30 ilə yaxın müddətdə həll edilə bilməməsinin də səbəbinin arxasında məhz belə ikiüzlü siyasətin dayandığını demək mümkündür. Baş verən hadisədən belə nəticəyə gəlmək olar ki, sözügedən üçlük üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək ciddi narahatlıq kimi görünür. Təbii ki, kimin nə düşünməsinin bizim üçün heç bir önəmi yoxdur. Bizim üçün önəmli olan ərazi bütovlüyümüzün təmin edilməsidir”.

 
Günay Rəsulqızı






Starxeber Bizi instagramda izləyin