22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Azərbaycanda özünü “avtoritet” kimi təqdim edən narkoman SAXLANILDI
Kriminal 12.07.2021 329

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan OPERATİV24.AZ-a verilən məlumata görə, baş idarənin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "heroin” aşkar edilib. 

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb. Onun üzərindən narkotik vasitə olan "metamfetamin” aşkar edilərk götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq "metamfetamin” əldə edib saxlaması aşkar edilib.

Baş Polis İdarəsinin  Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu tədbir nəticəsində isə şəhər sakinindən külli miqdarda narkotik vasitə olan "marixuana” aşkar edilib. Natiq Şükürovun üzərindən aşkar edilən narkotik vasitə müvafiq ekspertizaya təqdim edilib.

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb.

Üzərindən külli miqdarda "heroin” aşkar edilən Ə.Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.






Starxeber Bizi instagramda izləyin