"Megafun" əyləncə mərkəzində hadisə baş verib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş vermişdir. 


İlkin dəqiqləşdirilmiş məlumata əsasən, "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb. 

Daha bir neçə vətəndaşın xəsarət alması ehtimal edilir. 

Məlumat dəqiqləşdirilir, hadisə nəticəsində yanğın baş verməyib.


Showxeber Bizi instagramda izləyin



Sosial 22.06.2019 115
Bütün Xəbərlər