17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Tətilə gedən deputatlara nə qədər istirahət pulu verilir? - ARAŞDIRMA
Siyasət 10.07.2021 580

Ötən gün Milli Məclisin növbədənkənar sessiyanın son iclası baş tutdu. Bununla da  Milli Məclisin deputatlarının tətili başlanır.Vətən müharibəsi, COVID-19 pandemiyası ilə müşayiət olunan çətin və qaynar müzakirələrlə dolu parlament ilindən sonra deputatlar istirahətə yollanacaq. 

Mövzunun aktuallığını nəzərə alaraq, Modern.az saytı parlamentarilərin məzuniyyəti üçün ayrılan vəsaitin məbləğini araşdırıb.

“Milli Məclisin deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə görə, Milli Məclisin Sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.

 Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2227.5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5) manat aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində (730 manat) vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.

Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.

Sıravi deputatlarda bu məbləğ 5197.5 manat (1732*3), parlament Sədrində 7425 manat (2475*3), birinci müavində 6682.5 manat (2227.5 *3), müavində 6311.25 manat (2103.75 *3), komitə sədrlərində 5940 manatdır (1980*3).






Starxeber Bizi instagramda izləyin