22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
GÜNÜN ULDUZ FALI - 10.07.2021
Astralogiya 10.07.2021 1 073

10 İYUL 2021-ci il


Qoç - Günün ilk yarısından formalaşan situasiya və hadisələrin axarı sizdən ayıq olmağı, maksimal konsentrasiyanı tələb edir. Tənbəllik etməyin. Aktual məsələlərin həllində maksimum qüvvə və inadla çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız.
Günün kiinci yarısında anlaşma və ya sövdələşmənin qanun çərçivələrindən kənara çıxmamasına can atın. Maliyyə resurslarınızla risk etməyin. Məğlubiyyət, geriləmə ehtimalları var.
Axşam saatlarını yaxınlarınızla təmaslara ayırın.

Buğa - Bu və digər situasiyada fərqli davranış modelini seçə bilərsiniz. Ətrafınızdakı insanlardan biri sizi dəstəkləyəcək. Yaxın səfər, uzağa səyahət təklif olunursa - razılaşın. Yaydır, bir qədər istirahətə ehtiyac duyulur.
Günün ikinci yarısında səslənən təkliflərdən biri gərəkli, hətta maraqlıdır. Sevdiyiniz insanla münasibətlərdə uzaqgörən olun. Sözlərinizə, hərəkətlərinizə qarşı tərəfin reaksiyasını əvvəlcədən təxminləməyə can atın.
Axşam saatlarında sosiopatlıq etməyin.

Əkizlər - Prioritetlər arasında zəruri ehtiyacları və əsas məsələləri ön plana çıxarın. Yaşam arealı, gəlirlər, qidalanma, səhhət - bütün bunlar diqqət tələb edən nüanslardır. Pulunuzu məhz həmin sferalara sərf edin.
Günün ikinci yarısında istirahət və əyləncəni unudun. Tanışlar, dostlar və ya sabiq həmkarlardan biri vasitəsilə əlavə gəlir mənbəyi tapmaq olar. Sayıq və aktiv olun.
Yaxınlarınızla ünsiyyətdə saxtakarlıq etməyin. Müvazinətdən çıxmayın, dava axtarmayın.

Xərçəng - Maddi baxımdan özünüzü rahat hiss etməyəcəksiniz. Pulunuzun qədrini bilin. Ətrafınızdakı insanların istəklərindən hali olun. Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişə nail olmaq şansları yaranıb.
Günün ikinci yarısında yaşam arealını nizama salın. Alış-verişdə impulsiv olmayın. Hər gördüyünüz, istədiyiniz əşyanı almağa dəyməz.
Sizi narahat edən məsələlərlə bağlı axşam saatlarında ailə üzvləri, dəyərləndirdiyiniz insanlarla danışmaq olar.

Şir - Rutin işlər sizi bezdirə bilər. Mümkündür. Amma cari işləri yarımçıq qoyaraq yeni layihəyə start vermək ən azı məntiqsizlikdir. İstək, illüziya və xəyallarınızın əsirinə çevrilərək reallıqdan kənarlaşmayın.
Günün ikinci yarısında uzunmüddətli planlaşdırma ilə məşğul olmaq zamanıdır. Maliyyə ehtiyatlarınızı dəqiq qiymətləndirin. Avantüristlik etməyin. Bununla yanaşı, yalnız puluna və ya əlaqələrinə güvənən insanın qarşısında geri çəkilərək vicdanınızı susdurmayın.
Günün mənzərəsini görün. Yaxınlarınızdan biri sizi təəssüfləndirə bilər.


Qız - İşlərin gedişatından şikayətlənmək üçün səbəb yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə rəhbərliyin göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və ümumiyyətlə, durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə düşünmək gərəkdir.
Günün ikinci yarısında nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Ailə üzvləri qarşısında mənəvi borcunuzu, məsuliyyətinizi unutmayın. Səhlənkar insan təsiri bağışlamayın.

Tərəzi - Maliyyə problemlərinin həllinə səhər saatlarından başlasanız, yaxşıdır. Həmkarlarla və tərəfdaşlarla işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları yalnız ən önəmli işə sərf edin.
Günün ikinci yarısında kommunal ödənişlər, ərzaq və bu kimi vacib məqsədlərə pul xərcləyəndə simiclik etməyin. Kredit və cərimələri ödəyin.
Axşam saatlarında hisslərinizi etiraf edə bilərsiniz.

Əqrəb - Əməllərinizə və sözlərinizə xüsusi diqqət yetirin. Mübahisələri aramlı arayışlar və təmkinli söhbətlə çözmək olar. İzafi emosiyalar münaqişələrə yol açır. Başqalarının istəklərini kor-koranə yerinə yetirməyin.
Günün ikinci yarısında müstəqil çalışın. Kimsədən asılı olmamağa can atın. İşgüzar görüşlər və maliyyə məsələlərinin təftişi üçün əlverişli zamandır. Şəxsi münasibətlərdə sevdiyiniz insanın şıltaqlıqları sizi qıcıqlandırmasın.
Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - Baş verənləri soyuqqanlı, məntiqli şəkildə dəyərləndirin. Qüvvə və potensialınızı olduğundan artıq saymayın. Kənardan yardımlara da güvənməyin. Özünütənqidi unutmasanız, fəaliyyət prosesində düşünülməmiş addımların atılması ehtimalı azalacaq.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Dostlardan və ya tanışlardan birindən yaxşı xəbər alacaqsınız. Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.

Oğlaq - Dəyər verdiyiniz insanlardan biri sizə yardım etməyə çalışacaq. Onun məsləhətlərinə qulaq asın. Ətrafınızdakı insanların maraq və mənafelərini nəzərə alın. Çətin situasiyada başınızı itirməyin.
Günün ikinci yarısında maliyyə, daşınmaz əmlak və öhdəliklərlə bağlı məsələlərdə tələsik qərar verməyin. Bəzi planların təftişə ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.

Dolça - İdarəetmə və təsərrüfatla bağlı məsələlərin həllində astagəllik etməyin. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın. Onları dinləməyi bacarın. Qayğıkeş və səmimi olsanız, daha ciddi irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında apatiyaya qapılmayın. Hadisələrin laqeyd müşahidəçisi olmayın. Nəzərdə tutduğunuz işləri müvəffəqiyyətlə başa vurmaq üçün maksimum səy göstərməlisiniz. Sizə maraq artacaq. Fəqət bələd olmadığınız insanın təriflərinə inanmayın.

Balıqlar - Adi günlərdən fərqli olaraq indi yaxın ətrafınızdakı insanlarla daha sıx təmaslar zəruridir. İşdə rəhbərliklə təkbətək danışıqlar aparmaq olan. Cari problemlərin və həllini tələb edən məsələlərin müzakirələrindən çəkinməyin.
Günün ikinci yarısında şərik və ya tərəfdaşla fəaliyyətdə qarşılıqlı inam xüsusi əhəmiyyət kəsb edəcək. Alış-verişə yollananda bədxərclik etməyin. Mənasız xərclər maddi durumunuza zərbə vura bilər






Starxeber Bizi instagramda izləyin