Bakıda ər arvadını bıçaqlayaraq öldürdü - Sonra özünə qəsd etdi

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Operativ24.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report)


Showxeber Bizi instagramda izləyin



Hadisə 9.07.2021 2 697
Bütün Xəbərlər