17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 22.06.2019 277

“Azərbaycanda dörd dəfə olmuşam. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən ağlayırdı, filmin ortasında isə hətta dedilər ki, tərcüməyə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl anlayır. İlk səfərimdə neft iyini canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm”.

operativ24.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nargis Magazine”ə müsahibəsində deyib.

Bakı haqqında danışan sənətçi Bakı təəssüratlarından danışıb:

“Növbəti dəfə artıq müstəqil Azərbaycana gələndə nitqimi itirmişdim –  füsunkar bir şəhərlə əhatə olunmuşdum! Gecə vaxtı idi. Şəhərin bütün binaları işıqlandırılmışdı... sanki bir nağılda idim. Hətta yanacaq doldurma məntəqələri nağıl evləri kimi görünürdü. Burada bir çox brend mağazalar var, özünü Avropada hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib!”.



Şoray Xalq artisti Zeynəb Xanlarova ilə rəfiqə olduğunu da söyləyib:

“Azərbaycan xalqı o qədər səmimi və mehribandır ki, ölkəniz ikinci evim kimidir. Bu, şablon ifadə deyil, həqiqətən belədir. Azərbaycana gəldiyimizdə, özümüzü doğma ölkəmizdəki kimi hiss edirik: rahat gəzirik, mənə çox hörmət edirlər.
Evdə hətta 20-30 Azərbaycan plastinkalarını saxlamışdım, onları ilk səfərimdən gətirmişdim, amma təəssüf ki, başqa evə köçən zaman onlar itdi. Azərbaycan musiqisinin pərəstişkarıyam (zümzümə edir: “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım...”).

Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı o məni oteldə ziyarət etmişdi”.








Starxeber Bizi instagramda izləyin