17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 22.06.2019 213

Rusiyada yaşayan 28 yaşlı azərbaycanlı Şamxal Gözəlov davranışı ilə İrkutsk əhalisinin qəlbini fəth edib.

operativ24.az qafqazinfo-ya istinadən xəbər verir ki, dostu ilə banka gedən Şamxal müştərilərdən birinin avtomobilinə minərkən bağlamanı saldığını görüb. Dərhal paketə yaxınlaşıb onu açan Gözəlov orada minlik və beşminliklərdən ibarət 1 milyon rubl pul görüb. Pulunu itirdiyindən xəbərsiz olan müştəri avtomobili ilə yoluna davam edib. Azərbaycanlı gənc isə dərhal maşınına əyləşərək onu təqib etməyə başlayıb:



"Pulu görən kimi dostumun ilk işi əlinə telefon alıb şəklini çəkmək oldu. Çünki heç vaxt bu qədər pulu bir yerdə görməmişdik. Avtomobilin markasını xatırlamaq çətin olmadı. Dərhal arxasınca düşdüm. Maşının işıqlarını yandırırdım ki, saxlasın. Sürəti də artırdım. Ancaq pulun sahibi pulunu oğurlamaq istədiyimizi düşünüb avtomobilinin sürətini artırdı. Pəncərədən pul bağlamasını göstərib "Dostum, pulunu düşürmüsən" dedim. Sifəti qəfil dəyişdi və maşını saxladı".

Şokdan ayılan pul sahibi Şamxala təşəkkür edərək bağlamadakı puldan ona vermək istəyib. Ancaq Şamxal bu pulu qəbul etməyib:

"Dərhal imtina etdim. Belə olan halda isə məni zorla maşınına əyləşdirərək mağazaya apardı və mənə 15 min rubla konyak aldı. Telefon nömrələrimizi götürmədik. Maşını bahalı idi, ancaq onun xahişi ilə markasını deməyəcəm. Yəqin ki, iş adamıdır".

Rusiyada bazarda meyvə satan Şamxal pulu özünə götürməməsinin səbəbini belə izah edib: "Uşaqlıqdan valideynlərim mənə başqasının pulunu götürməməyi öyrədib. Çox gözəl başa düşürəm ki, hər şey bumeranqdır. Pula ehtiyacım yoxdur, o pulla mən zəngin və xoşbəxt olmayacaqdım".

Qeyd edək ki, sosial şəbəkələrdə Şamxal bu davranışına görə alqışlanıb.






Starxeber Bizi instagramda izləyin