22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 21.06.2019 155

Azərbaycanda müəllimin qaraciyərinin böyük hissəsi anasına köçürülüb.

operativ24.az-ın Report-A istinadən məlumatına görə, HFondunun maddi dəstəyi ilə həyata keçirilən əməliyyat Bakıdakı xəstəxanalardan birində baş tutub.

Belə ki, Gəncə şəhərində yerləşən 26 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi, 1991-ci il təvəllüdlü Murad Məmmədovun qaraciyərinin 68 faizi 1951-ci il təvəllüdlü anası Mahirə Məmmədovaya köçürülüb.

Onun sözlərinə görə, anası uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və müalicəsi üçün donora ehtiyac olub: "Anam uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Biz də donor tapa bilmirdik. Əvvəlcə kiçik qardaşım donor olmaq istəyirdi. Amma mən onu qoymadım, özüm donor olmağı düşündüm. Mən bununla bağlı Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə müraciət edərək maddi dəstək istədim. Nəhayət, Fondun dəstəyi ilə mənim qaraciyərimin 68 faizi anama köçürüldü. Əməliyyat iyunun 19-da baş tutdu və 8 saata yaxın davam etdi. Anam mənim donor olduğumu bilmir”.






Starxeber Bizi instagramda izləyin