10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir
Mədəniyyət 6.07.2021 499

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfər edib. Nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib. Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslər büstün önünə əklil və gül dəstələri düzüb, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.


***

Gürcüstana səfəri çərçivəsində nazir Anar Kərimov jurnalistlərə müsahibə verib. O, bildirib ki, Gürcüstanda olan Azərbaycan mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq. Nazir həmçinin qeyd edib ki, bir sıra rəsmi görüşlərdə Azərbaycanın tarixi və mədəni irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi də qaldırılacaq.

Anar Kərimov Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin vəziyyəti ilə də tanış olacağını da bildirib.

"Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq"- deyə nazir vurğulayıb.

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.

A.Kərimov səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

***

Səfər çərçivəsində nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət ediblər. Ümummilli liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.

Elə həmin gün nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qəhrəmanlar Meydanında olublar. Gürcüstanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb, abidə önünə əkili qoyulub.

***

 Anar Kərimov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

Görüşdə Azərbaycanın və Gürcüstanın paytaxt şəhərləri və bölgələri arasında əməkdaşlıq əlaqələri, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolu və digər məsələlər diqqət mərkəzində olub.

Kaxa Kaladze Azərbaycanın mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstana səfərinin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nazir Anar Kərimov ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, paytaxt şəhərlər və bölgələr arasında əməkdaşlığın genişlənməsinin xalqlarımızın rifahının yüksəlməsinə və ümumi sosial inkişafa xidmət edəcəyini bildirib.

Görüşdə Azərbaycanın Gürücstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin