Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.
operativ24.az xəbər verir ki, bu barədə Kult.az-a xanəndə özü danışıb. O, 4-5 gündür Mərkəzi Klinika Xəstəxanasına yatırıldığını bildirib:
“Ayaqlarımda problemlər vardı, gəldim xəstəxanaya.
Həkimlər sağ olsun, əlindən gələni edirlər. Aləm yığışıb bura. Həmkarlar, tələbələr, ailə-uşaq, nəvə-nəticələr gəlib dəyirlər. 4-5 gündür buradayam”.