17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Yüz il bundan qabaq babam kiminsə toyuna rus əlliliyi pul salıbsa, indi onu qaytarmalıyam..?”
Maqazin 6.07.2021 462

"İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya çağırmağın nə mənası var”  

Bunu Moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağsəfqızı deyib. Aparıcı artıq bir neçə toya dəvət aldığını da bildirib:  

“Toy dəvətnaməsi almışam. Əslində bir neçə toya işimdən irəli gələrək gedə bilmədim, çünki həmin saatda canlı efirdə oluram. Gec olduğu üçün pul göndərdim. Hal hazırda da bir neçə toy dəvətnaməsi var. Yəni ki, hələ deyə bilmərəm belə istilərdə toya gedə bilərəm, yoxsa yox, amma pul göndərəcəm.  

Aparıcı yeni toy qaydalarını dəstəklədiyini və uzaq qohumların toya dəvət edilməsinin əleyhinə olduğunu bildirdi:  

“İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya çağırmağın nə mənası var? Hesab edirəm ki, bu şeylər yığışılmalıdır. Bu əlavə əziyyətdi, yükdü. Artıq bu insanların boynunun yükünə çevrilib. Camaatın balasının şad günündə ən yaxınları iştirak etməlidir. Məsələn, yüz il bundan qabaq babam gedib kiminsə toyuna rus əlliliyi pul salıb və indi bu yük mənim boynumdadır və atamın əmisi nəvəsinin baldızının toyuna gedib o pulu qaytarmalıyam. Ata-babadan qalan yük uşaqların çiyninə düşür. Hamı fikirləşməlidir ki, 150-200 nəfərlik toy edirəmsə, ən yaxın adamlar bura sevinə-sevinə gəlsinlər. Bu artıq yazılmamış bir qanuna, xəstəliyinə çevrilib və bundan qurtulmaq lazımdı. Düzdü, pandemiya bitəndən sonra heç kimə qadağa qoymaq olmaz ki, sən niyə 150 yox, 160 nəfər çağırdın. Amma fakt odur ki, pandemiya dövründə gördük ki, bu şeylər pis deyil. Sadəcə bir az yumşalmalar olsa, pasport məsələsi ləğv edilsə, daha yaxşı olar”.






Starxeber Bizi instagramda izləyin