17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Erməni hərbçilərinin olduğu təyyarə Bakıdan Yerevana uçdu
Siyasət 3.07.2021 2 269

Xəbər verdiyimiz kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

OPERATİV24.AZ   “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin erməni hərbçilərinin olduğu təyyarə Bakıdan Yerevana uçub.

Ötən il noyabrın sonunda əsir götürülmüş 15 erməni hərbçidən 12-sinin adları da məlumdur: Akopyan Volodya Qagikoviç, Asatryan Gevorq Norayroviç, Qasparyan Qor Vaqramoviç, Yenqoyan Sisak Qrişayeviç, Karapetyan Yuri Tiqranoviç, Maxtesyan Edqar Vaçaqanoviç, Minasyan Aram Qarnikoviç, Minasyan Mkrtıç Simonoviç, Petrosyan Albert Kamoyeviç, Poqosyan Armen Yeqizaroviç, Sedrakyan Romik Misakoviç, Sefilyan Kamo Karenoviç. 

Məlumata görə, onları Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

15 erməni hərbçidən ibarət əvvəlki qrup iyunun 12-də Ermənistana qayıdıb. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycan-Gürcüstan sərhədində olub. Onda Ağdamın mina xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdi./manşet.az






Starxeber Bizi instagramda izləyin