Bakı Olimpiya Stadionunda Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun açılış mərasimi keçirilib.
OPERATİV24.AZ-ın məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.
Danimarka seçməsində iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən Kristian Eriksenin forması arenada yer alıb.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.