22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ermənilik torpaqlarımızdan silinəcək
Siyasət 2.07.2021 825

Ermənilik torpaqlarımızdan silinəcək


Universitetdə magistr pilləsi üzrə təhsil alanda müəllimimdən eşitdiyim bir faktı, 2016-cı, ya da 2017-ci ildə “Krasnaya Zvezda ” qəzetində dərc edilmiş bir məqaləni xatırlayıram. : “... Biz daha Dağlıq Qarabağ uğrun­da döyüşlərə getmək istəmirik. Çünki daha Azərbaycan ordusu mövcuddur...”. Gözəl etirafdır. Həm də əvvəlki illərin xəcaləti kimi səslənən etirafdır.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bu etirafın illər sonra reallığını bütün çalarları ilə yenidən yaşatdı. Azərbaycan ordusu düşmənin illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Düşmən də, düşmənə havadarlıq edən dövlətlər də, işğalçı dövlətin muzdluları da gördü ki. Azərbaycan ordusu bundan da möhkəm sədləri dağıdardı, döyüşləri qələbə ilə başa çatdırardı. Yəni Azərbaycan ordusu işğal edilmiş torpaqlarını azad etməyə qadir ordudur. Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dedi: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”. Bu kəlmələr həm Zəfəri qazananlara, həm də vətəndaşların vətəndaşlıq qüruruna ehtiramdır. Bu ehtiram həm də azərbaycançılığın qadirliyinə olan ehtiramdır. Şuşada imzalanan Bəyannamə, bu Bəyannamənin mahiyyəti, işğaldan azad edilmiş ərazilərdə böyük sevgilərlə davam edən  quruculuq işləri təsdiqləyir ki, ermənilik torpaqlarımızdan silinəcək. Azərbaycan ictimaiyyəti buna əmindir.


 


Səbinə Xasayeva,

Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin