17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Azərişıq” yarımstansiyalarını bərpa olunan enerji vasitəsi ilə soyudacaq
Siyasət 2.07.2021 469

“Azərişıq” yarımstansiyalarını bərpa olunan enerji vasitəsi ilə soyudacaq 


“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi “Solar-Wind’s Technology” ilə birgə unikal “Sərin Yay” (Cool Summer) layihəsi hazırlayıb. Layihə təbii soyutma və günəş enerjisinin tətbiqini nəzərdə tutur. Bununla yanaşı, konstruksiya sadə və avtomatikdir.
“Solar-Wind’s Technology” şirkətin baş mühəndisi Sanar Cəfərov qeyd edilən qurğunun imkanlarından danışıb:
“Həmin əməkdaşlıq çərçivəsində, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin Elmi-tədqiqat qrupu ilə birgə “Sərin Yay” (Cool Summer) layihəsinə başladıq. Əsas məqsəd, isti yay günlərində elektrik enerjisindən istifadə səmərəliliyinin artırılması, güc mərkəzlərinin ifrat yüklənməsinin aradan qaldırılması və alternativ enerji mənbələrinin təbliğ edilməsi idi. Texniki tapşırığın tələbləri maksimum sadə, əlçatanlıq və minimum vəsait xərcinin olması prioritetləri üzərində qurulmuşdu. Mərkəzin direktor müavini E. İsmayılov və mütəxəssisi T. İsayeva torpağın izolyasiya xüsusiyyətlərindən istifadə təşəbbüsü müsbət qarşılandı və layihənin əsas hissəsini təşkil etdi. Mən və həmkarlarımın üzərimə düşən vəzifə günəş enerjisinin rasional istifadəsi və faydalı iş əmsalının maksimum artırılmasının təmin edilməsi oldu. Düşünürəm ki, bu işin öhdəsindən gələ bildik.
Hazırda bu qurğu əlçatan materiallardan hazırlanıb və ətraf mühit temperaturunu ən azı 1,7 dəfə aşağı salmağa və saatda orta hesabla 50 m3 sərin hava istehsal gücünə malikdir. Əsas odur ki, mahiyyətcə oxşar əcnəbi istehsalı olan qurğulardan dəflərlə ucuz başa gəlir və hər kəs üçün əlçatandır. Konstruksiya 2 növdə tətbiq edilə bilər: qapalı və açıq dövrə sxemi üzrə. Birinci halda, soyutma sistemi tələb olunan temperatur əldə olunan kimi işini dayandırırsa, ikinci halda fasiləsiz işləyir. Bu da, qurğunun istifadə imkanlarını və tətbiq sahələrini genişləndirir”.
S Cəfərov bərpaolunan enerji mənbələrindən istifadəyə marağın getdikcə artdığını əlavə edib:
“Bir neçə il əvvəl bu növ enerji mənbələrinin istifadəsinə maraq az idi. Lakin ölkə başçısının bu sahənin genişləndirilməsi barədə müvafiq sərəncamlarından sonra vəziyyət dəyişib, təbii enerji mənbələrindən istifadə etmək arzusunda olanların sayı, mən deyərdim ki, ətraf mühitin qorunması istiqamətində əhalinin sosial məsuliyyət hissi də artıb. Belə olan halda, biz mühəndislərin də üzərinə müəyyən mənada cavabdehlik düşür ki, ekoloji daha təmiz və səmərəli qurğuların tətbiqinə üstünlük verək. Əlbəttə, tədqiqat aparmadan, əmin olmadan yeni texnoloji nailiyyətlərin tətbiqi, arzuolunan nəticələri əldə etməyi birqədər çətinləşdirir”.
Şirkətin rəhbəri İsmayıl Efendiyev deyir ki, artıq 9 ilə yaxındır Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin qurulması, istismarı və idarəetməsi ilə məşğul olurlar:
“Bu müddət ərzində, ölkənin müxtəlif regionlarında ümumi gücü 200 kVt-dan çox olan 45-ə yaxın günəş və külək stansiyaları qurulub, istismara verilib. İstehsal fəaliyyəti ilə yanaşı, mühəndis-texniki personalımız həm də bu sahədə innovativ layihələrin, yeni tətbiq sahələrinin, ölkənin yaşıl enerji potensialından daha səmərəli istifadə üsullarını  araşdırılmaqla da məşğuldur. Təbii ki, elektroenergetika sahəsində geniş təcrübəsi və elmi-texniki bazası olan istehsalat müəssisələri ilə sıx əməkdaşlıq edirik”.
İ.Efendiyev qeyd edir ki, ölkədə innovativ həlləri dəstəkləyən müəssisələrdən biri də “Azərişıq”dır.
“Bu müəssisə ilə əməkdaşlığımız artıq 3 ildən çoxdur davam edir. Yeri gəlmişkən, “Azərişıq” ölkədə ilk və hələki, yeganə elektroenergetika müəssisəsidir ki, öz yarımstansiyalarının xüsusi sərfiyyatını alternativ enerji mənbələri ilə kompensasiya etməyə başlayıb. Bu, həm texniki, həm də iqtisadi səmərəlilik baxımından unikal yanaşmadır.
İstənilən yenilik, yeni yanaşma üsulları, metodları ilə bərabər yaranır. Bu layihə də istisna deyil: mütəxəssislərin birgə fəaliyyəti nəticəsində torpağın izolyasiya xüsusiyyətləri və müxtəlif dərinlikdə temperatur göstəricilərini qeyd edən rəqəmsal “Qrunt zondu” cihazı ərsəyə gəldi. Mərkəzin fəxri müəllimi prof. Q. Həsənovun rəhbərliyi ilə cihazın işlək modeli hazırlandı və tədqiqat işlərində əvəzsiz bir vasitə oldu”. – deyə İ. Efendiyev əlavə edir.
“Solar-Wind’s Technology”-nin Rusiya Federasiyasında fəaliyyət göstərən mühəndis-eksperti Erkin Quliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə yaradılacaq “Ağıllı Kənd” və “Ağıllı Şəhər” layihələrində bu növ innovativ qurğuların tətbiq edilməsi təşəbbüsünün irəli sürməsi nəzərdə tutlur.
“Azərişıq” ASC artıq “Ağıllı Şəbəkələr” layihəsini ölkənin müxtəlif regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edir və bunun üçün onun ciddi və məhsuldar kadr potensialı mövcuddur. Belə, innovativ layihələri dəstəkləyən bir müəssisə ilə birgə fəaliyyətimizin doğma Qarabağda da davam etdirilməsini səmimi qəlbdən arzulayırıq”.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin