10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Savadları yoxdur" - ƏMƏKDAR ARTİST
Mədəniyyət 1.07.2021 275

Əməkdar artist Vahid Əliyev aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev barəsində qalmaqallı açıqlama verib.

SHOWXEBER.AZ  xəbər verir ki, Lent.az-a açıqlama verən 69 yaşlı aktyor bildirib ki, Elməddini, Fərdanı və Müşfiqi aktyor hesab etmir və onları özünə həmkar saymır:

“Müşfiqi ikinci kursdan İncəsənət Universitetindən çıxarıblar. Milləti təhqir etmək olmaz. Açırsan efiri, ancaq rayon əhlinin ağızlarını əyirlər. Bu nə qədər davam edəcək?

Elməddin də universitetin tarixini bitirib. Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki, Elməddin necə aktyordur? Dedim ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyirdi. Elməddindən soruşdum ki, Ədil İsgəndərov kimidir? Söylədi ki, bilmirəm. Ona baxıram, bir ad qoya bilmirəm.

Sözün açığı, Fərda da mənə çatmır. Serialda çəkilib, adını da bilmirəm. Onların savadı yoxdur. Bu sahədə savad alsaydılar, öz yollarını tapa bilərdilər. Bu gün onlarda o savad olmadığına görə tamaşaçının da zövqünü korlayırlar. Biz peşəkarlar tamaşaçıya nə qədər zövq versək də, qeyri-peşəkarlar onların zövqünü pozur. Aşıq gördüyünü çalar. Tamaşaçı hər gün onları görür.

Aktyor daha sonra bildirib ki, onlara müəllimlik etməyə, dərs keçməyə də hazırdır:

“Öyrənmək heç zaman gec deyil. Mən özüm Yusif müəllimdən öyrənmişəm. Burda qəbahət nəsə yoxdur. Həyatda kişi olmağı atamdan öyrənmişəm. Amma teatrda, sənətdə simanı itirməmək, kişi olmaq, bunları Yusif müəllimdən öyrəndim. Allah ona rəhmət eləsin”.

V.Əliyev sonda bildirib ki, Elməddindən, Fərdadan, Müşfiqdən fərqli olaraq “Bu şəhərdə”nin aktyorları, əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov istedadlıdır:

“Rafaellə Coşqunun aktyorluğu məni qane edir. Sadəcə, onlarda təkrarçılıq çox olur. O da ssenaristin bir nəfər olmasından irəli gəlir. Onlar o biriləri ilə müqayisə olunmazdır. Bir gün həmkarlarımdan biri Rafaellə Coşqunu tənqid edirdi, dedim ki, burda saxla. Söylədim ki, yadında saxla, Rafallə Coşqun 4 il İncəsənət Universitetinin içərisində gəzib. O abu-havada nəfəs alıbsa, demək ki, nəsə var”.






Starxeber Bizi instagramda izləyin