"Neftçi"də gənc ulduz yetişir
"Neftçi"nin U-11 və U-12 komandalarının şərəfini qoruyan Yusif Quliyev Azərbaycan futbolunun parlayan gənc futbolçusudur. Hücumda əsl xarakter göstərən Yusif çoxlu qollar vurmaqla yanaşı göstərdiyi oyun futbol azarkeşlərinin və futbol ictimaiyyətinin diqqətini özünə cəlb edir. Lap kiçik yaşlarından idman ustası, tanınmış məşqçi Böyükxan Xəlilovun rəhbərliyi altında futbolun sirrlərini öyrənib. Hazırda gənc hücumçu qonşu ölkələrin transfer hədəfindədir. Biz Yusifə və onun kimi istedadlı futbolçulara uğurlar arzu edirik. İnanırıq ki, Yusif milli komandanın heyətində də böyük uğurlara imza atacaq.
Operativ24.az