17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Ərdoğanla Əliyevin bu təklifinə müsbət yanaşırıq” - Sergey Lavrov
Siyasət 1.07.2021 392

"Biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək”.

OPERATİV24.AZ  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən də danışıb:

"Ərdoğanın səfəri Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətlər kontekstində baş tutub. Biz bu gün Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistanın münasibətinin normallaşmasına, azərbaycanlıların və ermənilərin bu torpaqlarda yan-yana, mehriban qonşuluq şəraitində yaşamalarına şərait yaratmağa kömək etsin. O zaman istənilən bütün məsələləri, o cümlədən siyasi məsələləri həll etmək daha asan olacaq”.

Lavrov qeyd edib ki, Türkiyə ilə Rusiyanın əməkdaşlığının əlavə istiqamətlərindən biri regionda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3” mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistan məsələsində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”.






Starxeber Bizi instagramda izləyin