17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət naziri Misirin ölkəmizdəki səfiri ilə görüşdü
Mədəniyyət 30.06.2021 547

Mədəniyyət naziri Misirin ölkəmizdəki səfiri ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüş keçirib.
İyunun 30-da keçirilən görüşdə tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar.
Qonağı salamlayan nazir Anar Kərimov ölkəmizin Misirlə ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi və bu ölkə ilə mədəni əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığına toxunan nazir Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini qeyd edib. Mədəniyyət sahəsində daha çox işlərin görülməsinin vacibliyini qeyd edən Anar Kərimov bu sahədə əlverişli imkanların mövcud olduğunu bildirib. 
Qəbul üçün minnətdarlığını bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəsinin bütün sahələrdə Azərbaycanla sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında mədəni əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini vurğulayan diplomat tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini diqqətə çatdırıb. 
Görüşdə həmçinin, mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, iki ölkə arasında mədəni əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub. 
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.


Operativ24.az






Starxeber Bizi instagramda izləyin