Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 45 nəfər ölüb.
OPERATİV24.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 496 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 7 191 nəfər sağalıb, ağır xəstə sayı isə 727 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5 425 652 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 294 285 nəfər sağalıb, 49 732 nəfər isə ölüb.