10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
NATO PA-nın Rouz-Rout seminarı keçirilib
Siyasət 29.06.2021 630

NATO PA-nın Rouz-Rout seminarı keçirilib

 

İyunun 28-də Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

“Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin  moderatorluğu ilə keçirilib.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlardan və imkanlardan bəhs edib, regionda sülhün və təhlükəsizliyin təmini, faydalı əməkdaşlığın və iqtisadi inkişafın davamlılığı üçün görülməli işlərdən söz açıb. Bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanda və xaricdə olan revanşist qüvvələrə qarşı ciddi tədbirlər görməli, regionda kommunikasiya yollarının təxirə salınmadan açılması, işğaldan azad olunmuş bütün ərazilərin minalanma xəritələrinin qısa müddətdə Azərbaycana təhvil verilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyasının aparılması işlərini dəstəkləməlidir. Qeyd edib ki, bütün bölgə xalqlarının da mənafeyinə və rifahına  uyğun olan bu tədbirlər Ermənistanı da iqtisadi tənəzzüldən qurtarar, xalqlar arasında etimad mühiti yaradar.

Deputat Kamran Bayramov isə çıxışında Ermənistan nümayəndələrinin Azərbaycana qarşı irəli sürdükləri iddialara cavab verib. O, Ermənistan tərəfindən səsləndirilən ermənilərin "suveren" ərazisinin işğalı, azad olunmuş ərazilərdə erməni abidələrinin dağıdılması ittihamlarını rədd edib. Azərbaycanda guya ermənilərə nifrətin olması iddiasına cavabında isə bildirib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməninin yaşaması, Ermənistanda isə bir nəfər də olsun azərbaycanlının yaşamaması hansı dövlətin nifrət siyasətini həyata keçirdiyini göstərir.

Avropalı ekspert Tomas de Vaala verilən cavabda isə bildirilib ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib, müvafiq sənədlər qəbul olunub. Təkcə BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilsə də, onlar icra olunmayıb, lakin uzun illər sonra Azərbaycan bu qətnamələrin icrasını özü təmin edib.

Bununla da NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarı başa çatıb.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin