Modelyer İvana Sert keçmiş əri ilə bağlı məhkəməyə müraciət edib və qalib gəlib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, oğlu Kayon Ateşin vəlayətini anaya verən məhkəmə Sertin oğluna ayda 5 min lirə aliment ödənməsinə qərar vermişdi.
İvana Sert 8 ildir məhkəməyə müraciıt edərək alimentin artırılmasını istəyirdi. Uşağın böyüdüyünü və xərclərinin artdığını deyən moda məsləhətçisi alimentin 15 minə qaldırılmasını istəyib. Hakim alimenti 9 min 500 lirəyə qaldırıb.